Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün əfvsərəncamı imzalayıb. 
 
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.
 
Repost.Az "Qaynar"a istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun Əfv Komissiyasına təqdim etdiyi bəzi məşhurlar isə əfv siyahısına düşməyib. Belə ki, İşçi Qrupu sabiq səhiyyə naziri Əli İnsanov, ReAL hərəkatının sədri İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı əfv olunmayıb.
 
Qeyd edək ki, adı siyasi məhbus siyahısında olanlardan Qənimət Zahidin qohumları - Rüfət və Rövşən Zahidovlar, "NİDA"çı Əbdül Əbilov, AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev, Emin Millinin qaynı Nazim Ağabəyov əfv olunub.
 
Həmçinin DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun ömürlük cəzası 15 ilə dəyişdirilib. O, 2005-ci ildə Hacı Məmmədovun işi üzrə həbs olunmuşdu.
 
Repost.Az

Baxış sayı: 2611 | Tarix: 16.03.2017
Bizi Telegramda izləyin: @repostaz