DÇ-2022-də iştirak edəcək Qana yığması xoşagəlməz hadisə ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi mundialın keçirildiyi ölkəyə gələrkən futbol formalarını gətirməyi unudub.
 
Bu geyimlər yığmaya poçtla göndəriləcək. Lakin Qana Futbol Federasiyası formaların çempionatdakı ilk görüşə qədər çatmayacağından ehtiyatlanır.
 
Qeyd edək ki, Qana ilk oyununu noyabrın 24-də Portuqaliya ilə keçirəcək.

Baxış sayı: 16728 | Tarix: 15.11.2022
Bizi Telegramda izləyin: @repostaz