Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu Məmməd Altunbay. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət edib.
 
Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur. 1935-ci ildən etibarən Azərbaycanda repressiya dalğasının və bolşevik zülmünün güclənməsi fonunda Məmməd Altunbay ölkədən çıxmaq barədə qərar qəbul edir və bu məqsədlə eyni düşüncədə olan hərbiçilərlə tanış olur.Məmməd Altunbay pilot olduğundan digər iki dostu Həsən və Cəlalla birlikdə 1939-cu ildə SSRİ-yə məxsus hərbi təyyarəni Türkiyəyə qaçırmağa qərar verir. İmperiya sərhədini keçən pilotları sərhədçilər atəşə tuturlar. Məcburi şəkildə İrana eniş edilir. İran tərəfi onların istəklərinə baxmayaraq Türkiyəyə təhvil vermirlər, 9 ay Təbriz həbsxanasında saxlanılırlar.Hadisədən sonra SSRİ-nin Tehran şəhərində yerləşən səfirliyi vasitəsi ilə imperiya adından İran Şahına bir necə dəfə rəsmi nota göndərilir. Göndərilən nota mətnində Sovet ordusuna məxsus təyyarənin və fərrari pilotların ən qısa zamanda qarşı tərəfə təhvil verilməsi tələb olunurdu. SSRİ-nin İrana təziq göstərməsindən xəbər tutan pilotlar Buxara katibi və Türkiyə Respublikasının Tehranda yerləşən səfirliliyinin əməkdaşlarının vasitəsi ilə həbsxanadan qaçıb, Türkiyə səfirliyinə sığınmaq qərarına gəlirlər. Pilotların həbsxanadan qaçmasına səfirliyinin Osman Koçaoğlu adlı əməkdaşının da xüsusi xidməti olub. Hadisə gecəsi Türkiyə səfirliyinin köməkliyi ilə Məhəmməd Altunbay və digər bir pilot Tehran şəhərindən qaçmağa nail oldular.Sovet vətəndaşlığına aid bütün sənədləri yandırdılar.Qaçaq pilotlar səkkiz həftə ərzində gecəli-gündüzlü bir çox təhlükələrdən, ağır mübarizələrdən keçməklə Bağdad şəhərinə çatdılar.
Bağdad şəhərində yerləşən Türkiyə səfirliyinin attaşesi Sahib İlkin tərəfindən qarşılanan pilotlar Türkiyəyə yola salınmaq üçün Bağdadın Kiçik Teleqraf qatar dayanacağına göndərilmişdir. Dayanacaqda Məhəmməd Altunbay və digər pilot gözlənilməz şəkildə ingilis zabitlərinin diqqətini cəlb etmiş və ingilislər onları beşinci alman polkuna mənsub casuslar olması şübhəsi ilə həbs etmişdilər.
 
Bağdad şəhərində yerləşən ingilis birlikləri geyimlərindən və danışıqlarından yerli cammaatdan fərqlənən bu iki şəxsi əvvəlcə Bağdad şəhərində yerləşən lokal həbsxanada, daha sonra isə ingilis qarnizonunun həbsxanasına göndərmişdir. Pilotlar barəsində aparılan istitaq yekunlaşdıqdan sonra Bağdad ingilis qarnizonunun komandirinin göstərişi ilə hər iki pilot casusluq ittihamı ilə ölümə məhkum edilmişdir.
 
Türkiyə səfirliyinin attaşesi Sahib İlkin pilotlar barəsində ölüm hökmünün çıxarılmasından xəbər tutandan sonra, diplomatik kanallar vasitəsi ilə məsələyə müdaxilə etməyə çalışır və aparılan uzun danışıqlardan sonra hər iki pilotun cəzasının ləğv edilməsinə və Türkiyəyə göndərilməsinə nail olur. Pilotlar 1941-ci idə Türkiyənin İstanbul şəhərinə göndərilmişdir.
 

Baxış sayı: 25506 | Tarix: 19.11.2022
Bizi Telegramda izləyin: @repostaz