Bu gün dünya çempionatının qrup mərhələsinin 3-cü turunda daha 4 qarşılaşma baş tutacaq.
	 
	G və H qruplarından keçiriləcək matçlardan sonra bütün 1/8 final iştirakçılarının adına aydınlıq gələcək.
	 
	Günə H qrupunun matçları ilə start veriləcək. Qana Uruqvayla, Cənubi Koreya Portuqaliya ilə üz-üzə gələcək.
	 
	Portuqaliya növbəti mərhələyə vəsiqəni qazansa da, digər 3 komanda ikinci yer üçün mübarizə aparacaqlar.
	 
	Bu qrupun matçları saat 19:00-da başlayacaq.
	 
	G qrupunda da Braziliya 1/8 finala çıxışını təmin edib. Digər vəsiqə uğrunda isə Serbiya, Kamerun və İsveçrə mübarizə aparacaq.
	 
	DÇ-2022
	 
	H qrupu
	 
	3-cü tur
	 
	Qana – Uruqvay
	 
	Cənubi Koreya – Portuqaliya
	 
	G qrupu
	 
	3-cü tur
	 
	Kamerun – Braziliya
	 
	Serbiya – İsveçrə