Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
RePost.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan birmərtəbəli 8 otaqlı evin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:25-də yanğınsöndürənlər  tərəfindən söndürülüb.
 
RePost.az
 

Baxış sayı: 2288 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz