1970-ci il təvəllüdlü Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.
 
Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.
 
Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
 
Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.

Baxış sayı: 198 | Tarix: 09.02.2026
Bizi Telegramda izləyin: @repostaz