Rusiya dövləti Türkiyəyə səfər edən vətəndaşlarına qəribə xəbərdarlıq edib.
 
RePost.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilən xəbərdarlıqda ruslara Boz qurd işarəsi göstərməmək tövsiyə olunur.
Nazirlik həmçinin vətəndaşlarına daha çox PKK tərəfdarları tərəfindən istifadə olunduğu üçün viktori (qələbə) işarəsinin göstərilməsini də qadağan edir.
 
Bundan başqa nazirlik Rusiya vətəndaşlarına digər ölkələrlə bağlı da qeyri-adi xəbərdarlıqlar edib:
 
- Şimali Koreya liderinin portretini çəkərkən kadrı kəsməyin;
 
- Finlandiyalılara qətiyyən "Çukça" şəklində xitab etməyin;
 
- Zəncilərə dünyanın heç bir yerində "neqır" deməyin;
 
- Müsəlman ölkələrində ev sahibinin xanımı ilə tanış olmağa çalışmayın. Əks təqdirdə problem ola bilər.
 
- Yerli xalqın olduğu mühitdə milli yeməklərlə bağlı mənfi sözlər işlətməyin;
 
- Buddist ölkələrdə sevginizi ifadə etmək üçün belə yerli xalqın başına toxunmayn. Onlar bunu pis qarşılana bilər. 
 
RePost.Az

Baxış sayı: 3542 | Tarix: 24.03.2017
Bizi Telegramda izləyin: @repostaz