Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri ötən gecə Rusiya Silahlı Qüvvələrinə məxsus 36 ədəd İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) məhv edib.
 
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) mətbuat xidməti bildirib.
 
Qeyd olunub ki, gecə ərzində Rusiya ordusu Ukraynanın qərb vilayətlərində mühüm infrastruktur və hərbi obyektləri hədəf alaraq 36 ədəd PUA ilə hücum təşkil edib və onların hamısı məhv olunub.

Baxış sayı: 11598 | Tarix: 25.05.2023
Bizi Telegramda izləyin: @repostaz