RePost.Az sim-sim.az-a  istinadən Elnaz Eyvazın şeirini təqdim edir
 
Mövluda...
 
Soyuq dəyər, üşüyərsən.
De, torpağın qalındımı?
Qurtulmaq istədin dərddən,
heç olmasa, alındımı?!
 
Yaman dəymədüşər idin,
Xətrinə dəyənin yoxdu?!
Sən ki dost-tanış sevəndin,
qapını döyənin yoxdu.
 
Yenə elə gülürsənmi,
əlini vurub əlinə?!
Dərdli-dərdli susursanmı,
əlini qoyub belinə?!
 
Kim mənə elə ərk edər?!
Bundan belə, de, ay zalım.
Necə çırpdın göydən yerə,
daha düzəlmir əhvalım.
 
Mənə deməmiş getmisən,
küsmüşəm, gəl, barışmayaq.
Bircə kərə zəng elə, sus,
Mən ölüncə danışmayaq...
 
RePost.Az

Baxış sayı: 5043 | Tarix: 30.03.2017
Bizi Telegramda izləyin: @repostaz