"Abşeron" qaz-kondensat yatağının fəaliyyəti Azərbaycanın iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək.
 
Bu barədə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 
Onun sözlərinə görə, "Abşeron" qaz-kondensat yatağının fəaliyyəti Azərbaycanın enerji potensialının reallaşdırılmasına və Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına da mühüm töhfələr verəcək.
 
“Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir. "Abşeron" qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Bu əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik”, - paylaşımda qeyd olunur.

Baxış sayı: 12928 | Tarix: 31.08.2023
Bizi Telegramda izləyin: @repostaz