Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl təşəbbüsünün (“Taxıl sazişi”nin) yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb.
 
Bu barədə Türkiyə lideri Soçi səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.
 
Şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.
 
Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.
 
Ərdoğan onu da əlavə edib ki, Rusiya Prezidenti Putin ilkin mərhələ üçün 6 ölkəyə 1 milyon ton taxıl göndərməyə razılaşıb.

Baxış sayı: 9394 | Tarix: 05.09.2023
Bizi Telegramda izləyin: @repostaz