İtaliya və Azərbaycan müdafiə nazirləri hərbi-təhsil sahəsində əməkdaşlıq imkanları barədə danışıblar.
 
Bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.
 
Onun sözlərinə görə, azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüş zamanı müdafiə sahəsində ümumi maraq doğuran məsələlər, hərbi-təhsil sahəsində əməkdaşlıq haqqında konstruktiv danışıqlar aparılıb.
 
"Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır", - italiyalı nazir bildirib.
 
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən gün İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Baxış sayı: 3808 | Tarix: 15.11.2023
Bizi Telegramda izləyin: @repostaz