Fevralın 29-da ilk dəfə Xankəndi – Bakı ultra marafonu start götürəcək.
 
Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 380 km qət edərək finişə Bakıda çatacaqlar.
 
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək.
 
Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
 
“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs 20.02.2024 tarixinədək https://ultramarathon.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçərək tarixi hadisənin iştirakçısı ola bilərlər.

Baxış sayı: 12130 | Tarix: 08.02.2024
Bizi Telegramda izləyin: @repostaz