Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
 
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi 5-10 m/s, havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
 
Qazax-Gəncə bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər duman gözlənilir, şərq küləyi 5-10 m/s. olacaq. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.
 
Balakən-Şəki bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
 
Dağlıq Şirvan bölgəsində əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi 5-10 m/s., havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
 
Quba-Qusar bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 1° şaxtadan 4°- dək isti, gündüz 8-11° isti olacaq.
 
Mərkəzi Aran bölgəsində hava əsasən yağmursuz olacaq. Gecə və səhər duman gözlənilir. Şərq küləyi 5-10 m/s, arabir 12-14 m/s olacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
 
Lənkəran-Astara bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi 5-10 m/s gözlənilir. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.
 
Qarabağ və Şərqi-Zəngəzur bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi 5-10 m/s gözlənilir. Havanın temperaturu gecə 3° şaxtadan 2°- dək isti, gündüz 5-10° isti, bəzi yerlərdə 13° isti olacaq.

Baxış sayı: 4169 | Tarix: 04.03.2024
Bizi Telegramda izləyin: @repostaz