İran Prezident Administrasiyasının rəisi Qulamhüseyn Esmaili helikopter qəzasından sonra Təbriz şəhərinin imam cüməsi Ayətulla Əli Al Haşımla 3-4 dəfə telefonla danışdığını açıqlayıb.
 
Esmaili bu barədə İran dövlət televiziyasına müsahibəsində deyib.
 
“Bildirdilər ki, pilotun, kapitan Mostafinin mobil telefonu ilə rabitə yaradılıb. Lakin onun telefonuna Ayətulla Haşım cavab verdi. Ayətulla bildirdi ki, onlar dərəyə düşüblər, özünü pis hiss edir”, - deyə Administrasiya rəhbəri vurğulayıb.
 
Esmaili qəzadan sonra 3-4 saat ərzində ən azı üç dəfə Ayətulla Haşımla danışdığını bildirib.
 
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin göyərtəsində olduğu helikopter mayın 19-da ölkə ərazisində qəzaya düşüb.
 
Qəza nəticəsində helikopterdəkilərin hamısı həlak olub.
 
Onlar bu gün dəfn olunacaq.
 
Qəzanın səbəbləri araşdırılır.

Baxış sayı: 14619 | Tarix: 22.05.2024
Bizi Telegramda izləyin: @repostaz