AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.
 
Görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
 
Söhbət zamanı həmçinin Azərbaycan futbolunun inkişafına dair planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4131 | Tarix: 13.06.2024
Bizi Telegramda izləyin: @repostaz