Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
 
Nazirlər Kabineti bu barədə qərar verib.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
 
Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Baxış sayı: 6373 | Tarix: 24.06.2024
Bizi Telegramda izləyin: @repostaz