Digər Xəbərlər
Aprel ayından Azərbaycanla Gürcüstan arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
Bu barədə RePost. Az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.
Məlumata görə, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarlarının yenidən fəaliyyətə başlaması haqqında Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında razılıq əldə olunub.
Sərnişindaşımanın İsveçrənin “Stdadler” qatarları vasitəsilə həyata keçiriləcəyi bildirilir. İlk qatarın aprel ayının ilk həftəsində yola düşəcəyi istisna olunmur.