Uşaq dünyaya gətirməmək üçün bədəninə spiral qoyduran qadın 18-ci həftədə hamilə qaldığını öyrənib. Buna baxmayaraq, o, hamilələyini davam etdirərək övladını dünyaya gətirib. Hadisəni maraqlı edən isə körpəsinin əlində həmin spiralla dünyaya gəlməsi olub.
 
RePost.Az IstiPress-ə  istinadən xəbər verir ki, hadisə ABŞ-ın Alabama ştatında yaşanıb. Lusi Hellen adlı qadın hamilə qalmamaq üçün bədəninə spiral qoydurub. Ancaq bu onun hamilə qalmasına mane ola bilməyib. O, hamilə olduğunu öyrənəndən sonra uşağı dünyaya gətirmə qərarı alıb. Ən maraqlı tərəfi, körpə əlində həmin spiralı bərk-bərk sıxaraq dünyaya gəlib və sanki anasına “mən qazandım” mesajını verib.
 
RePost.Az

Baxış sayı: 5556 | Tarix: 06.05.2017
Bizi Telegramda izləyin: @repostaz