Türkiyənin ən reytinqli seriallarından olan “Söz”də  bəstəkarı  Cavanşir Quliyev, sözləri Əli Kərim və Ağalar Mirzəyə aid  olan “Əsgər Marşı” səsləndirilib.


RePost.Az xəbər verir ki, “Əsgər marşının” səsləndirildiyi 6-cı bölüm bu gün yayımlanacaq.


Serialın bu bölümündə  əsir düşən əsgərlər düşmənə təslim olmayacaqlarını bu marş vasitəsi ilə ifadə edirlər.

Qeyd edək ki,  "Söz" serialı Türkiyənin terrorla mübarizəsinə həsr edilib. 


Baxış sayı: 4986 | Tarix: 08.05.2017
Bizi Telegramda izləyin: @repostaz