Müğənni Nura Suri Instaqram-da çimərlik geyimində çəkilmiş fotolarını paylaşıb. 
 
RePost.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı bir neçə gündür ki, rəfiqələri ilə Bodrumda istirahətdədir. 
 
Nura tətil zamanı çəkilən fotolarını öz izləyiciləri ilə bölüşüb. 41 yaşlı müğənni çimərlik geyimindəki görüntülərini paylaşarkən şərh bölməsini bağlayıb.  
 
Bu məqamda qeyd edək ki, sənətçi qüsursuz bədənə sahib olmaq üçün qida rasionuna diqqət edir, daim idmanla məşğul olur. 
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 15.05.2017
Bizi Telegramda izləyin: @repostaz