3.9 km uzunluğunda ola Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.


“Azəravtoyol” ASC-dən RePost.Az-a verilən məlumata görə, yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb.

Sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.

Növbəti mərhələdə idə Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.


Baxış sayı: 2419