Qara qızıl" 57 dollara yaxınlaşdı
 
RePost.az report-a istinadən verdiyi məlumata görə,Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,94 dollar və yaxud 3,53% artıb.
 
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,83 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 
 
RePost.az
 

Baxış sayı: 2991 | Tarix: 13.12.2016
Bizi Telegramda izləyin: @repostaz