Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi. Bəzi yerlərdə arabir intensivləşəcəyi, dekabrın 14-də axşam, 15-də çovğun olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə  aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.
 
Azərbaycanın rayonlarında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.
 
RePOst.az
 

Baxış sayı: 2877 | Tarix: 13.12.2016
Bizi Telegramda izləyin: @repostaz