Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar 21 iyun 2017-ci il tarixində saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə RePost.Az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
 
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 3884 | Tarix: 20.06.2017
Bizi Telegramda izləyin: @repostaz