Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabahdan açılacaq.
 
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
 
Təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol təxminən 2 həftəlik bağlansa da, işlər tez yekunlaşıb. "Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək", - deyə qurum rəsmisi bildirib.
 
Xatırladaq ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Təmir-bərpa işlərinin təxminən iki həftə davam etməsi planlaşdırılır. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə etməli idilər.
 
RePost.Az

Baxış sayı: 1984 | Tarix: 14.12.2016
Bizi Telegramda izləyin: @repostaz