Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
 
Məlumata görə, ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan ”Royal Bank” ASC-nin balansında olan avtomobili, Ləğv prosesində olan ”Gəncəbank” ASC-nin balansında olan qeyri yaşayış binasını, eyni zamanda ləğv prosesində olan ”Atra Bank” ASC-nin balansında olan 7 ədəd bankomatı hərrac yolu ilə satışa çıxarılır.
 
Maraqlanan şəxslərdən daha ətraflı məlumat almaq üçün linkə daxil olmaqları xahiş olunur.
 
RePost.Az

Baxış sayı: 3105 | Tarix: 30.06.2017
Bizi Telegramda izləyin: @repostaz