Vaxtı keçmiş ərzaq məhsullarını satan mağazalar var.

RePost.Az ARB-yə istinadən xəbər verir ki, müvafiq dövlət strukturları keyfiyyətsiz ərzaq məhsullarının satışdan çıxarılması üçün addımlar atsa da hələ də məsələni kökündən həll etmək mümkün olmayıb. Faktlar sübut edir ki, mağazaların heç də hamısı bu məsuliyyəti dərk etmir. İnsanların sağlamlığını gözardına alan bəzi sahibkarlar vaxtı keçmiş məhsulları istehlakçı şirkətə geri qaytarmaq əvəzinə üzərinə yenidən etiket vuraraq satışa çıxarırlar.

Eyyub Hüseynov (Azad İstehlakçılar Birliyinin Sədri) : "Vaxtı keçmiş məhsulların üzərinə skoç vuraraq yenidən etiketləyirlər. Belə hallarda dükanlara məlumat veririk ki, satış qadağan olsun. Qeyd etdiyim kimi yoxlamalar məhdudlaşdırılıb. Onlar da bundan istifadə edərək sui-istifadə edirlər".

Vaxtı keçmiş məhsullar yay aylarında daha təhlükəli olur. Bu səbəbdən də tez-tez zəhərlənmə faktları aşkarlanır. Vaxtı keçmiş məhsullar arasında içkilər də az deyil. Yeyinti məhsulları haqqında və istehlakçıların hüquqlarının müdafiəsinin haqqında qanuna görə, bütün qida məhsullarının istehsal tarixi və son yararlılıq tarixi mütləq göstərilməlidir. Əks halda sahibkarı 1500 manatdan 5 min manata kimi cərimə gözləyir.

RePost.Az


Baxış sayı: 3940