Futbol tarixində ilk dəfə rəsmi oyunda videotəkrardan istifadə edilib. RePost.az  ESPN-ə istinadən xəbər verir ki, bu, klublarlararası dünya çempionatında baş verib.
 
Videotəkrar texnologiyasından yararlanan ilk hakim isə Viktor Kaşşai olub. Macarıstanlı referi turnirin yarımfinal matçı çərçivəsində bir qədər öncə başa çatan “Atletiko Nasional” – “Kaşima” görüşündə penalti təyin edib-etməmək üçün videotəkrarın köməyinə ehtiyac duyub.
 
Belə ki, Kaşşai qarşılaşmanın 33-cü dəqiqəsində videotəkrara baxıb əmin olduqdan sonra “Atletiko Nasional”ı 11 metrlik cərimə zərbəsi ilə cəzalandırıb. Yaponiya təmsilçisi isə bundan maksimum faydalanıb.
 
Qeyd edək ki, qarşılaşma “Kaşima”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
RePost.az
 
 
 
 

Baxış sayı: 2972 | Tarix: 14.12.2016
Bizi Telegramda izləyin: @repostaz