Yol polisinin əməkdaşı yolda qalan müğənni Xuraman Şuşalıya yardım edib.

RePost.Az
xəbər verir ki, bu barədə müğənni özünün sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb. Məlumata görə yolda müğənninin avtomobilinin təkəri boşalıb və bu vaxt yol polisinin əməkdaşı ona yardımçı olub.

Xuraman Şuşalı həmin polis əməkdaşı ilə çəkdirdiyi şəkli "Instagram" hesabında "Nurəddin bəy bizi yolda tək qoymadı. Maşının təkərinin təmiri üçün əlindən gələni əsirgəmədi və millətə həqiqi xidmət edən gözəl insan kimi yaddaşımızda qaldı" şərhi ilə paylaşıb.

RePost.Az


Baxış sayı: 2345 | Tarix: 11.07.2017
Bizi Telegramda izləyin: @repostaz