Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  RePost.az-a verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə Abşeron yarımadasında 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
 
RePost.az
 
 

Baxış sayı: 2554 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz