Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin iyulun 17-də toyudur.

RePost.Az axşam.az-a istinadən bildirir ki, reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin toyu "Neolit" restoranında baş tutacaq.

Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün "dress-code" qeyd olunub. Belə ki, xanımlar yaşıl, qırmızı, ağ paltar, kişilər isə qara və ağ kostyum geyinməlidir.

Natavan bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qonaqlara özləri ilə telefon gətirməmələrini tapşırıb.

RePost.Az


Baxış sayı: 2497 | Tarix: 13.07.2017
Bizi Telegramda izləyin: @repostaz