Rusiya baş nazirinin müavini Dmitri Roqozin bu gün Bakıya gəlir.
 
RePost.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, səfər çərçivəsində Bakıda Rusiya-Azərbaycan hökümətlərarası komissiyasının iclası baş tutacaq. Bununla yanaşı, Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
 
Tərəflər iki ölkənin hərbi-texniki əməkdaşlığını müzakirə etmək niyyətindədir. Görüşdə "İskəndər-M" operativ-taktiki komplekslərinin yaxın vaxtlarda Ermənistana göndərilməsi məsələsi də müzakirə ediləcək. 
 
Roqozin 16 dekabrda planlaşdırılmış hökümətlərarası komissiyanın iclası ərəfəsində Bakıya gələcək və danışıqlar cümə günü keçiriləcək. 
 
RePost.az
 

Baxış sayı: 2630 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz