Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşıb.
 
İlk oyunda evdə 5:0 hesablı darmadağına sevinən çempionumuz formal cavab oyununda da qələbə qazanıb. Yeni transfer Donald Geryenin qolu matçda yeganə olub.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
18 iyul
 
“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Gerye, 22
 
Baş hakim: Srcan Yovanoviç
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”
İlk oyun – 0:5 
 
RePost.Az

Baxış sayı: 3485 | Tarix: 18.07.2017
Bizi Telegramda izləyin: @repostaz