İyulun 22-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 3447 | Tarix: 21.07.2017
Bizi Telegramda izləyin: @repostaz