Azərbaycanın bəzi bölgələrində havanın temperaturu bir neçə dərəcə aşağı düşəcəyi barədə xəbərdarlıq edilib.

RePost.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında iyulun 24-dən 26-sı gündüzədək arabir güclənən şimal-qərb, şimal küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyulun 23-ü gündüzdən 25-dək arabir güclənən qərb küləyinin əsəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

RePost.Az


Baxış sayı: 694