Azərbaycanda ilk dəfə 88 yaşlı kişi həyat yoldaşından boşanır. Ər arvad yaşlarının ahıl çağında məhkəməyə müraciət edib. Üstəlik boşadığı həyat yoldaşını yaşadıqları mənzildəki hüququndan da məhrum etmək istəyir. Çünki özünə yeni həyat yoldaşı tapıb və onunla evlənəcəyini deyir. Yeni arvadı ilə boşadığı arvadının eyni evdə yaşamasını istəmir. Bu tragikomik hadisə haqda vəkil Asif Abdullayev məlumat verib.
 
RePost.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda sensasion hadisə baş verib. 88 yaşlı kişi arvadını boşamaq üçün məhkəməyə müraciət edib. Ən xırda məsələdə belə boşanmağı seçən gənc cütlüklərin qınandığı dövrdə ahılların bu addımını eşidənlər heyrətə gəlir.
 
Bu barədə kişinin həyat yoldaşının vəkili Asif Abdullayev məlumat verib. Onun sözlərinə görə qadın kişidən bir neçə yaş kiçikdir.
 
Ehtimal var ki, kişi ahıl yaşında yenidən ailə qurmaq istəyir. O yeni arvadının boşadığı arvadı ilə eyni evdə qalmaması üçün əvvəlki arvadının mənzil hüququndan məhrum edilməsi üçün də müraciət edib.
 
Maraqlısı budur ki, kişi guya arvadını qısqandığı üçün boşanmaq qərarına gəlib.
 
Psixoloq Elnur Rüstəmov deyir ki, yaşlı cütlüklərin boşanması istənilən halda cəmiyyət üçün mənfi örnəkdir.
 
Psixoloqun fikrincə, belə şəxslərin ailə üzvləri də boşanmaya görə mənəvi məsuliyyət daşıyır.
 
RePost.Az
 

Baxış sayı: 790