Türkiyənin tanınmış din xadimi, qari-hafiz Abdullah Hatiboğlu evində Quran oxuyarkən dünyasını dəyişib.

RePost.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə mərhumun qardaşı, din xadimi Əmrullah Hatiboğlu məlumat yayıb.  

Ə. Hatiboğlu "Anadolu" agentliyinə verdiyi açıqlamada, qardaşının sübh namazından sonra Quran oxuyarkən vəfat etdiyini bildirib.  

Abdullah Hatiboğlu bu gün İstanbuldakı "Fatih" camesində qılınacaq cənazə namazından sonra dəfn ediləcək.

Allah rəhmət eləsin.

RePost.Az


Baxış sayı: 3010 | Tarix: 23.07.2017
Bizi Telegramda izləyin: @repostaz