Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov  ikinci dəfə ailə qurub.
 
RePost.Az GoldNews.Az-a istinadən xəbər verir ki, toy hazırda Bakıdakı şadlıq saraylarından birində keçirilir. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları iştirak edir. Biz də səbəbkara xoşbəxtlik, ailə səadəti arzulayırıq.
 
Qeyd edək ki, dünyanın üç ən yaxşı şahmatçısından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanıb.
 
Şahmatçı bu barədə sosial şəbəkədə yazıb: "Bu gün gözəl və özəl gündür. Nişanlandım. Xoşbəxt həyat".
 
Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.
 
RePost.Az

Baxış sayı: 3561 | Tarix: 24.07.2017
Bizi Telegramda izləyin: @repostaz