Sabahın hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-də bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. 
 
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 50-55 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq
 
RePost.az
 

Baxış sayı: 2630 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz