Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən RePost.Az-a verilən məlumata görə, qaz xətlərinin kipliyə sınaq olunması ilə əlaqədar avqustun 16-da saat 10:00-dan 17:00-dək Bakının Xətai rayonunun Babək prospektində, həmçinin Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.


Baxış sayı: 2383 | Tarix: 16.08.2017
Bizi Telegramda izləyin: @repostaz