"Qarabağ" braziliyalı futbolçu transfer edir.

RePost.Az
Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

 

Məlumata görə, "Qarabağ" PAOK-un futbolçusu Pedro Enrikeni transfer etməyə çalışır. Həmkarlarımız iddia edir ki, braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istəyir.

 

Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynadıqdan sonra - 2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. O, 2014-cü Fransanın "Renn" klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.

 

Baxış sayı: 3618 | Tarix: 29.08.2017
Bizi Telegramda izləyin: @repostaz