Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
 
RePost.Az-ın məlumatına görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
 
Qeyd edək ki, Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 20.09.2017
Bizi Telegramda izləyin: @repostaz