ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişində jurnalistlə müğənni Faytonçu Nazim arasında qalmaqal yaşanıb. 
 
 
RePost.Az-ın məlumatına görə, veriliş müğənni Nazim Pişəvarinin əməliyyatına və əməliyyatdan sonrakı durumuna həsr olunub. 
 
Verilişdə qonağı olan jurnalist Tahirə Məmmədqızının həkim Elman Əzizovu müdafiə etməsi müğənni Nazim Pişəvarini özündən çıxarıb.
Nazim onu əməliyyat edən həkim Elman Əzizovu kəskin tənqid edib, jurnalist isə həkimi müdafiə edib. Nəticədə Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib və onu təhqir edib: "Görüm sənin əzizlərin də mənim günümə düşsün. O zaman mənim nələr çəkdiyimi bilərsən"
 
Daha sonra aparıcı Elgiz müğənnini sakitləşdirib və veriliş davam edib.
 
Həmin anları təqdim edirik:
 
RePost.Az


Baxış sayı: 2592 | Tarix: 22.09.2017
Bizi Telegramda izləyin: @repostaz