Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 məscid və ziyarətgahlarda, qan bankının paytaxtdakı əsas mərkəzində və 8 bölgədəki bölmələrində qanvermə aksiyası keçirilir.

RePost.Az bildirir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O, bildirib ki, qanvermə aksiyaları səhər saat 7-dən başlayıb. İndiyə qədər respublika üzrə 1000-ə yaxın insan artıq qan verib.

Z.Əlimirzəyeva, qeyd edib ki, qan verən insanlar əvvəlcədən müayinə olunur, onların qan verib verə bilməyəcəyi müəyyən edilir və ondan sonra insanlardan qan götürülür.

İnstitut direktoru bildirib ki, indiyə qədər qan verən insanlar arasında halı pisləşən olmayıb.

Z.Əlimirzəyeva əlavə edib ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə olunucaq.


Baxış sayı: 2554 | Tarix: 01.10.2017
Bizi Telegramda izləyin: @repostaz