Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

RePost.Az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah yarımadada hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 12-15° isti, gündüz  18-21° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.    Nisbi rütubət gecə  75-85 %, gündüz  45-50%  olacaq. 

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz  19-24° isti,  dağlarda gecə 3-8°, gündüz  8-13° isti olacağı gözlənilir.


Baxış sayı: 2364 | Tarix: 14.10.2017
Bizi Telegramda izləyin: @repostaz