Təbrizdə “Traxtur” futbol takımı ilə Şirazın “Fəcr-i Sepasi” takımı arasında keçirilən görüş, ev sahibinin qələbəsi ilə yekunlaşıb. İran kuboku uğrunda yarışların 1/8  final mərhələsində keçirilən oyun, 5:2 hesabı ilə “Traxtur”un xeyrinə sona çatıb. 
 
“Fəcr-i Sepasi”nin oyunçusu Əmin Şocaiyan, oyunun 32-ci dəqiqəsində hesabı açıb, 71-ci dəqiqədə isə Mehdi Şərifi hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Hamid Heydəri, qol vuraraq “Fəcri-Sepasi”ni hesabda önə keçirib, lakin 90-cı dəqiqədə Mehdi Şərifi, hesabı yenidən bərabərləşdirib. “Traxtur”a qələbə qazandıran qollar əlavə vaxtda 92-ci dəqiqədə Fərzad Hatəmi, 105 və 116-cı dəqiqələrdə Mehdi Şərifi tərəfindən vurulub. Bu qələbədən sonra Yəhya Gülməhəmmədinin yetirmələri, İran kubokunun ¼ final mərhələsinə vəsiqə qazanıblar.
 
RePost.Az

Baxış sayı: 2608