Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.
 
RePost.Az-ın məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb.
 
Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 14 xalla bitirib.
 
Lakin əlavə göstəricilərin cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.
 
 
Avropa çempionatı, IX tur
 
Azərbaycan - Ukrayna - 2:2
 
Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5
Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5
Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5
Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5
 
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.
 
RePost.Az

Baxış sayı: 3314 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz