İki yaşlı Yağmur anadangəlmə serebral iflic xəstəsidir. Atası isə onu bu halda qəbul etmək istəmir. 
 
RePost.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Yağmurun anası Nisə Məhərrəmova deyir ki, balacanın dünyaya gəlməsi onlar üçün ən böyük sevinc olub. 
 
Bir müddət sonra onun serebral iflic xəstəsi olduğunu biliblər. Övladının xəstə olduğunu bilən ata isə qızından imtina edib.
 
Nisə Məhərrəmovanın sözlərinə görə, ilk vaxtlar əri onu övladını kimsəsiz uşaqlar evinə yerləşdirməyi təkid edirmiş. Ana isə buna razılıq verməyib və əlindən gəldiyi qədər uşağı müalicə etdirməyə çalışıb. Övladına görə ərindən ayrılan qadını isə indi öz doğma ata və anası da qəbul etmir. Müvəqqəti olaraq Bakıda sığınacaqda məskunlaşan körpə ilə ananın indi yaşamağa yerləri yoxdur. Yağmurun vəziyyəti isə günü- gündən daha da pisləşir.
 
RePost.Az


Baxış sayı: 3504 | Tarix: 11.12.2017
Bizi Telegramda izləyin: @repostaz