Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "Baku Baus" avtobusları ilə fəaliyyətə başlayıb.
 
 
Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb.
 
Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus" MMC-yə verilmişdi.
 
17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-yə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 16.12.2017
Bizi Telegramda izləyin: @repostaz